Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2022 13:05
Müğənni Sevda Yahyayeva həkim-genetik həyat yoldaşı Zakir Bayramovla "Zaurla Günaydın" verilişində qonaq olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sərt karantin dövründə nikah masasına əyləşən cütlük qarşılaşdıqları çətinliklərdən danışıblar:
"Pandemiya vaxtında hər yer bağlı idi, heç yerə getmək olmurdu. Bəzi nikahlar Bakıda kiçik idarələrin birində olurdu. Sevda da ağlayırdı. Ona təklif etdim ki, bizim klinikada akt zalı var. Oranı dekorlarla bəzədək, nikahımız orada olsun. Sevda çox pis oldu. Axırda gedib xahiş etdik, çətinliklər oldu, amma o otağı bizim üçün açdılar. Heç soruşan olmadı ki, razısız, ya yox? Nikah kağızını qoydular, qol çəkdik, vəssəlam. Nikah otağında ikimiz və fotoqraf var idi".
Qeyd edək ki, Sevda Yahyayeva ana olmağa hazırlaşır. Cütlüyün qızı olacaq.