Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2022 13:42
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi əri Paul Pelosinin hücumdan sonrakı vəziyyətini şərh edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bəyanat siyasətçinin saytında dərc olunub.
O qeyd edib ki, ərinin səhhəti yaxşılaşmaqda davam edir.
Pelosi hadisə yerinə gələn hüquq-mühafizə orqanlarına və ilk müdaxilə edənlərə təşəkkür edib.
Qeyd edək ki, Paul Pelosi evdə zorakı hücuma məruz qalıb.
Evə hücum səhər saatlarında olub və bu zaman Nensi Pelosi evdə olmayıb, hücum edən şəxs artıq həbsdədir.