Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Henri Kavill populyar serialdan ayrılacaq - FOTO

Henri Kavill populyar serialdan ayrılacaq - FOTO

Tarix: 31 Oktyabr 2022 13:32

Britaniyalı aktyor Henri Kavill 2019-cu ildə yayıma başlayan "The Witcher" serialının üçüncü mövsümündən sonra layihəni tərk edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Riviyalı Heralt kimi səyahətim həm bədheybətlərlə, həm də macəralarla dolu idi. Lakin təəssüf ki, 4-cü mövsümdə medalyonumu və qılınclarımı yerə qoyacağam", -  deyə aktyor "Netflix"ə verdiyi açıqlamada bildirib.

Məlumata görə, serialda Kavilli avstraliyalı məşhur Liam Hemsvort əvəz edəcək.

"Henri Kavill inanılmaz Heralt idi. Mən qürur duyuram ki, o, sükanı mənə təhvil verir və sərgüzəştlərinin növbəti fəslində Ağ Canavarın qılıncını əlimə götürməyə icazə verir", - deyə Hemsvort vurğulayıb.

Qeyd edək ki, serialın üçüncü mövsümünün premyerası 2023-cü ilin yayında baş tutacaq.

Milli.Az


Etiketlər:  Henri Kavill populyar serialdan ayrılacaq FOTO


RƏYLƏR