Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kraliça Elizabetin atlarını satan III Çarlz milyon funt-sterlinqdən çox pul qazanıb

Kraliça Elizabetin atlarını satan III Çarlz milyon funt-sterlinqdən çox pul qazanıb

Tarix: 31 Oktyabr 2022 18:08

Böyük Britaniya kralı III Çarlz mərhum kraliça II Elizabetin sevimli yarış atlarını sataraq 1 milyon funt-sterlinqdən çox gəlir əldə edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kral mərhum anasının on dörd atını Nyumarketdəki "Tattersalls" hərracında satıb. Satışın monarxa cəmi 1,075 milyon funt sterlinq qazandırdığı bildirilir. Hər at orta hesabla 75,000 funt-sterlinqə alınıb.

Qeyd edək ki, II Elizabetin ölümündən sonra oğlu Çarlz ona məxsus atların bir hissəsini miras olaraq əldə edib.

Milli.Az


Etiketlər:  Kraliça Elizabetin atlarını satan III Çarlz milyon funt sterlinqdən çox pul qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ