Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2022 00:32
37 yaşlı Dedjuan Ludi Anderson oğlunun cinlər tərəfindən tutulduğunu düşünərək onu öldürüb.
Sonxeber.net bildirir ki, bu barədə "The Daily Beast" məlumat yayıb.
Qadın cinayəti bu ilin aprelində ABŞ-ın İndiana ştatında törədib. O, oğlu, beş yaşlı Kair Ammar Cordanı öldürüb, cəsədini çamadana qoyub və kənd yolunun kənarına atıb.
Araşdırma zamanı uşağın olduğu çamadan və zibil torbasının üzərində onun anası və 40 yaşlı bacısı Doun Koulmanın əl izləri aşkar edilib.
Uşağın öldürülməsindən bir neçə ay əvvəl qadınlar sosial şəbəkələrdə qəribə məzmunlu yazılar dərc etməyə başlayıblar. Onlar iddia ediblər ki, Cordan "güclü şeytan qüvvəsi" tərəfindən idarə olunub. Anderson da bir keşişə yaxınlaşaraq, cinin təsiri altında və zorakı olduğunu söylədiyi oğlu üçün kömək istəyib. "Mən onun güclərini qanımızla zəiflədə bildim. Məndə onun əsl adı var və 100 yaşı var. Kömək lazımdır", - ananın mesajında deyilib.
Koulman daha sonra San-Fransiskoda tapılıb və ədalət mühakiməsinə mane olmaq ittihamı ilə həbs edilib. Polisin sözlərinə görə, onlar Andersonu da saxlamağa ümid ediblər, lakin onu tapa bilməyiblər. Cordanın anası hələ də azadlıqdadır, axtarışları davam edir.
İrfan Vəliyev