Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub” - Ukrayna Baş Qərargahı

“Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub” - Ukrayna Baş Qərargahı

Tarix: 1 Noyabr 2022 13:12

Ukrayna Silahlı Qüvvələri tərəfindən ötən sutka ərzində Rusiyanın 45 qanadlı raketi, 4 helikopteri və 1 təyyarəsi vurulub.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Bildirilib ki, bundan əlavə, ötən sutka ərzində 650 rusiyalı hərbçi məhv edilib. Ümumiyyətlə, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 72 470 hərbçisi öldürülüb.

Baş Qərargahın məlumatına əsasən, Rusiyanın digər döyüş itkiləri 2 698 tank, 5 501 zirehli maşın, 1 730 artilleriya sistemi, 383 reaktiv yaylım atəşi sistemi, 197 hava hücumundan müdafiə sistemi, 276 təyyarə, 257 helikopter, 1 415 operativ-taktiki PUA, 397 qanadlı raket, 16 gəmi/qayıq, 4 143 avtomobil və avtoçən, 154 xüsusi texnikadan ibarətdir.

Milli.Az


Etiketlər:  Rusiyanın daha 45 qanadlı raketi 4 helikopteri vurulub Ukrayna Baş Qərargahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ