Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2022 15:24
Ali məktəblərdə axşam təhsili şöbələrinin bərpasına ehtiyac var. Mütəxəssislər hesab edirlər ki, tələbələrin həm işləməsi, həm də oxuması üçün ən əlverişli seçim axşam təhsili şöbələrinin bərpasıdır. Hesab edilir ki, axşam təhsili şöbələrinin bərpası həm gənclərin əmək bazarı ilə daha tez tanışlığına şərait yaradar, tələbələr daha tez sosiallaşar və özləri öz xərclərini qarşılaya bilərlər.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, ailənin sosial durumunun ağırlığını öz kiçik çiyinlərinə alaraq təhsildən uzaqlaşanlar da olur, işləyərək valideynlərinə dayaq duranlarda.
Düzdür, bu amil bütün dövrlərdə müşahidə olunub. Amma müasir dövrün də vacib qayğılarından biridir, həm işləmək, həm də oxumaq. Əksər tələbələri də narahat edən məhz budur.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov qeyd edib ki, axşam təhsili əyani təhsilin formalarından biri olsa da, son illərdə məhz bu məsələ ilə bağlı kifayət qədər zidiyyətlər yaranıb. İlqar Orucov hesab edir ki, axşam təhsili şöbələrinin bərpası həm də pik saatlarda şəhərdəki sıxlığın aradan qaldırılmasında önəmli rol oynaya bilər.
Elm və Təhsil Nazirliyində isə hesab edirlər ki, təhsil ocaqlarında axşam şöbələrinin bərpası üçün sosial sifariş olmalıdır.
Mütəxəssislər hesab edirlər ki, bu işdə ali təhsil müəssisələri də maraqlı olmalıdırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: