Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2022 03:24
ABŞ-da Corciya ştatının Haberşem dairəsində bir məktəbdə işləyən 35 yaşlı müəllimə bir yeniyetmə ilə təkrar cinsi əlaqədə olduğuna görə 30 il həbs cəzasına məhkum edilib.
Sonxeber.net bildirir ki, bu barədə "WDUN" məlumat yayıb.
Lesli Taker Terrell ilk dəfə 2021-ci il martın 18-də azyaşlı ilə cinsi əlaqədə olduğu üçün həbs edilib. Onun qurbanı 15 yaşlı şagird olub. Qadın mühakimə olunana qədər girov müqabilində həbsdən buraxılsa da, iki ay sonra yenidən nəzarətə götürülüb. İstintaq müəllimənin yenə eyni yeniyetmə ilə yatdığını öyrənib.
2022-ci ilin oktyabrında Terrell günahını etiraf edib. O, birinci epizoda görə 20 il, ikinci epizod üçün isə 10 il həbs cəzasına məhkum edilib. Keçmiş müəllimə ən azı 16 il həbsdə qalacaq. Qadın şərti azadlığa buraxılma qaydalarını pozmazsa, qalan müddət şərti sayılacaq.
Terrellə 18 yaşından kiçik şəxslərlə, o cümlədən telefon danışıqları və elektron vasitələrlə hər hansı ünsiyyət qurmaq qadağandır. Qadın ünsiyyət quracağı hər bir şəxsin öz cinayət keçmişi barədə məlumat verməyə borcludur. Bundan əlavə, keçmiş müəlliməyə avtostopla səyahət etmək və kimisə yoldan götürmək qadağandır. Digər məhdudiyyətlər spirtli içkilərin, narkotiklərin və hər hansı cinsi məzmunlu məhsulların alınmasına şamil edilib.
İrfan Vəliyev