Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2022 07:56
Almaniya kansleri Olaf Şolts etiraf edib ki, o, bəzən işdə məşğul olduğu üçün yata bilmir.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə o, Almaniyanın Gifhorn şəhərinin sakinləri ilə görüşündə bildirib.
Sakinlərdən biri kanslerin gündə neçə saat yatdığını soruşub.
"Müxtəlif yollarla olur, lakin siz onun üçün narahat olmayın. Amma elə gecələr olur ki, danışıqlara və ya başqa səbəblərə görə ümumiyyətlə yata bilmirəm. Amma hər şey qaydasındadır" - Şolts suala cavab olaraq bildirir.