Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2022 11:30
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində noyabrın 1-də keçirdiyi əməliyyat zamanı nazir Anar Kərimov ezamiyyətdə olub.
Bunu Sonxeber.net-a nazirliyin Mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova bildirib.
"Noyabrın 1-də Anar Kərimov ezam səfərində olub. Bu gün isə işinin başındadır"
O qeyd edib ki, vəzifəli şəxsin ezam olunması həmin şəxsin işinin başında olması deməkdir.
"Çünki iş icrası təkcə inzibati binada olmur",- deyə N.Allahyarova bildirib.
Qeyd edək ki, DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazirin birinci müavini Elnur Əliyev və nazirliyin Protokol şöbəsinin rəisi Kamil Rzayev istintaqa cəlb olunublar.