Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cavanşir Məmmədov Könül Xasıyevanın yardım istəməsini tənqid etdi

Cavanşir Məmmədov Könül Xasıyevanın yardım istəməsini tənqid etdi

Tarix: 2 Noyabr 2022 14:20

Əməkdar artist Cavanşir Məmmədov Xalq artisti Könül Xasıyevanın müalicəsi üçün həmkarlarından dəstək istəməsini tənqid edib. 

Milli.Az yenilik.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Nəğməli dünya" proqramında deyib. O bildirib ki, Xasıyevaya yardım etmək imkanı yoxdur:

"70 yaşında kişiyəm, xəstə adamam, toyla dolanırıq. Toy da yoxdur. Nə təqaüd alıram, nə evimiz var. Nə ilə kömək edirəm?".

C.Məmmədov "Könül Xasıyeva deyir ki, bir toyun pulunu sənət adamları mənə versin" sözlərinə "Bir toyun pulu 3500 manat edir. Toy versin, gedim oxuyum və pulu verim ona. Firuzə İbadovanın balaca evi var. Orada qızı, nəvəsi 34 kvadratlıq evdə qalırlar" cavabını verib. 

Qeyd edək ki, boğazında şiş aşkarlanan K.Xasıyeva müalicəsi üçün 254 min manat lazım olduğunu deyib. Sənət adamlarına müraciət edən xanəndə "Bir toyunuzun pulunu kartıma keçirin" sözlərini yazıb.  

Milli.Az


Etiketlər:  Cavanşir Məmmədov Könül Xasıyevanın yardım istəməsini tənqid etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ