Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Robot heykəltəraşlıq etdi - FOTO

Robot heykəltəraşlıq etdi - FOTO

Tarix: 2 Noyabr 2022 18:52

Robot qədim yunan heykəltəraşlığı nümanələrinin surətini yarada bilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sınaq üçün mütəxəssislər qədim yunan ay tanrısı Selenin atını seçiblər.

Abidə Parfenonda quraşdırılıb, lakin 19-cu əsrin əvvəllərində Osmanlı İmperiyası tərəfindən Yunanıstandan çıxarılıb.

Sınaq işi Oksford Rəqəmsal Arxeologiya İnstitutunun mütəxəssislərinin rəhbərliyi altında aparılıb. Nəticədə brilyant kəsicilərlə təchiz edilmiş robot beş gün ərzində bir ton mərmərdən at başını oymağı bacarıb.

Hazırda qədim abidələrin saxlanıldığı Britaniya Muzeyinin qəyyumlar şurasının sədri Corc Osborn orijinal və surətlərin birlikdə sərgilənəcəyini istisna etməyib.

Milli.Az


Etiketlər:  Robot heykəltəraşlıq etdi FOTO


RƏYLƏR