Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2022 22:36
"Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistan-Azərbaycan münasibətlərinə yanaşması reallığa əsaslanır".
Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz deyib.
O, fikirlərini Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyanın Belarus Prezidenti Aleksandr Lukaşenkonun münasibətlərin normallaşması prosesi ilə bağlı mövqeyi barədə sözlərini şərh edərkən bildirib.
"Belarus Prezidentinin səsləndirdiyi yanaşmalar reallıqdan kənar deyil, əksinə, anlaşılan və müttəfiqliyə uyğun şəkildədir. Belarus tərəfi ardıcıl olaraq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub, bu məqsədlə bütün mövcud formatlarda - həm çoxtərəfli, həm də ikitərəfli formatda mühüm səylər göstərib", - deyə o əlavə edib.
Anatoli Qlaz bildirib ki, Azərbaycan və Ermənistanın rəhbərləri Cənubi Qafqazın bütün xalqları üçün səmimi sülh və firavanlıq istəyinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına şəxsi töhfəsinə görə Belarus dövlətinin başçısına minnətdardırlar:
"Ona görə də dostlarımıza və tərəfdaşlarımıza Belarus dövlətinin başçısının bu çətin, lakin tamamilə həll oluna bilən məsələ ilə bağlı çoxsaylı çıxışlarını diqqətlə oxumağı və yenidən nəzərdən keçirməyi tövsiyə edirik".