Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məktəb avtobusu qəzaya düşdü: 7 nəfər yaralandı - VİDEO

Məktəb avtobusu qəzaya düşdü: 7 nəfər yaralandı - VİDEO

Tarix: 3 Noyabr 2022 12:48

Türkiyədə məktəbli avtobusunun avtomobillə toqquşaraq aşması nəticəsində 6-sı azyaşlı olmaqla, 7 nəfər yaralanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəza Mersində baş verib və təhlükəsizlik kamerasına düşüb. Hadisə yerinə xilasetmə və tibbi yardım qrupları cəlb olunub.

Yaralanan 6 uşaq və avtomobil sürücüsü təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az


Etiketlər:  Məktəb avtobusu qəzaya düşdü 7 nəfər yaralandı VİDEO


RƏYLƏR