Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşlənmiş mühərrik yağları yeni adı ilə satışa çıxarılır? - VİDEO

İşlənmiş mühərrik yağları yeni adı ilə satışa çıxarılır? - VİDEO

Tarix: 3 Noyabr 2022 16:06

Bazarda avtomobil mühərriki üçün nəzərdə tutulan saxta yağların olduğu iddia edilir.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, avtomobil sahibləri bazarda belə məhsullara tez-tez rast gəldiklərini deyirlər.

Sürücülər hətta istifadə olunmuş yağların sonradan qablaşdırılaraq satışa çıxarıldığını da iddia edirlər.

Sürücülərin sözlərinə görə, yağ qutularının üzərindəki məlumatların xarici dillərdə yazılması da seçim zamanı onları çətinə salır.

Avtomobil ustası Nuru Bağırov da bazarda saxta mühərrik yağlarının olduğunu təsdiqləyir. Usta deyir ki, yağ növlərinin sayı çoxaldıqca saxta məhsullar da artır.

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkəyə mühərrik yağlarının idxalını həyata keçirən sahibkarlarla görüş keçirib. Görüşdə son zamanlar idxal edilən mühərrik yağlarının təsnifatı və mənşəyinə dair təqdim olunan sənədlərdəki göstəricilərlə qablaşdırmalardakı məlumatlar arasında uyğunsuzluq hallarına rast gəlindiyi bildirilib. İdxal edilən malların üzərindəki etiket və adların, onlardan istifadə qaydaları barədə izahat vərəqələrinin başqa dillərlə yanaşı, Azərbaycan dilində də olmasının vacibliyi vurğulanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  İşlənmiş mühərrik yağları yeni adı ilə satışa çıxarılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ