Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2022 23:16
UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda keçirilən "Qarabağ" - "Frayburq" oyununda hakimlərin qərarları müzakirəyə səbəb olub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, oyunun 51-ci dəqiqəsində qonaq komandanın futbolçusu ağdamlıların müdafiəçisi Marko Veşoviçə qarşı kobud oynayıb.
Əvvəlcə, belaruslu referi Aleksey Kulbakov 11 metrlik nöqtəni göstərsə də, VAR müzakirəsindən sonra qərarı ləğv edib. Bundan cəmi 4 dəqiqə sonra Marko Veşoviç qol vurub.
Lakin bu dəfə də hakim VAR-la məsləhətləşdikdən sonra qolu qeydə almayıb. 61-ci dəqiqədə isə Kulbakov VAR-a baxaraq Kevin Medinanı qırmızı vərəqə ilə meydan qovub.