Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur ulduzun qaynanasını döyüb, 10 milyonunu oğurladılar - FOTO

Məşhur ulduzun qaynanasını döyüb, 10 milyonunu oğurladılar - FOTO

Tarix: 4 Noyabr 2022 11:40

Rusiyanın pop ulduzu Aleksey Vorobyovun qaynanası yaşadığı evində üç nəfər tərəfindən döyülərək, qarət edilib. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, 57 yaşlı Viktoriya Çelişevanın əlləri pilləkənlərə qandallanıb. Onun zinət əşyaları gözlərinin qarşısında evindən çıxarılıb. 

Zərərin təxminən 10 milyon rubl təşkil etdiyi bildirilir. Əri, milyarder Yuli Çelişevin ölümündən sonra Viktoriya ailə biznesini davam etdirir. Qadın taxıl və toxumların topdansatış ticarəti ilə məşğul olan şirkətə rəhbərlik edir. 

Qeyd edək ki, "Subay" realiti-şousunun dördüncü mövsümündə Viktoriyanın qızı Tatyana müğənni ilə münasibət qurmaq üçün əlindən gələni etsə də, o heç bir şey əldə etməyərək, verilişi tərk edib. 
Daha sonra Tatyananın hamilə olduğu üzə çıxıb. Tatyananın sözlərinə görə, uşaq müğənni A.Vorobyovdan dünyaya gəlib. Müğənni uzun müddət atalığı ilə bağlı şərh verməyib. Bir müddət sonra isə gözlənilmədən körpənin  vaftiz mərasimində görünüb. 

Milli.Az


Etiketlər:  Məşhur ulduzun qaynanasını döyüb 10 milyonunu oğurladılar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ