Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü

Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü

Tarix: 4 Noyabr 2022 15:21

Noyabrın 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında təkbətək görüş olub.

Bu barədə Naizrlər Kabinetindən məlumat verilib.

Görüş zamanı iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olundu.

Bakı şəhərində keçiriləcək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının və birgə biznes forumun əhəmiyyəti vurğulandı.

F.Oktayın rəsmi səfərinin Azərbaycan-Türkiyə münasibətlərinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edildi.


Etiketlər:  Əli Əsədov Türkiyənin Vitse prezidenti ilə görüşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ