Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2022 18:16
Torpaqların dövlət ehtiyacları üçün alınması işlərinin yekunlaşdığını nəzərə alaraq, "Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşən xüsusi mülkiyyətdə olan 9,9185 hektar torpaq sahəsi dövlət ehtiyacları üçün alınacaq.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərarda qeyd edilən dövlət ehtiyacları üçün alınan torpaq sahəsi ilə birlikdə Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaqların hüdudları daxilində yerləşən dövlət mülkiyyətinə aid torpaq sahələrinin Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təkliflərini müvafiq yerquruluşu planları ilə birlikdə Nazirlər Kabinetinə təqdim etməlidir.