Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Prezidentinin müşaviri Kiyevə səfərə gəlib

ABŞ Prezidentinin müşaviri Kiyevə səfərə gəlib

Tarix: 4 Noyabr 2022 23:18

ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bu gün elan olunmamış səfərlə Ukraynaya gəlib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Bloomberg məlumat yayıb.

Ağ Ev rəsmisi Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski və onun ofisinin rəhbəri Andrey Yermakla görüş keçirib.

Görüşlərdə müzakirə edilən mövzular, eləcə də səfərin digər təfərrüatları açıqlanmayıb.

ABŞ administrasiyası hələlik agentliyin dərc etdiyi məlumata rəsmi münasibət bildirməyib.

Milli.Az


Etiketlər:  ABŞ Prezidentinin müşaviri Kiyevə səfərə gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ