Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2022 08:18
Rusiya qüvvələri Zaporojye vilayətinin Kamenka kəndində nəzarət-buraxılış məntəqələrini və komendantlığı ləğv ediblər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Həmçinin bildirilib ki, qarşı tərəf sözügedən kənddən silahlı bölmələrin şəxsi heyətini də çıxarıb.
Baş Qərargah bu addımı Rusiya qoşunlarında şəxsi heyətin mənəvi-psixoloji durumunun həddən artıq aşağı səviyyədə olması ilə əlaqələndirir.