Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2022 13:42
Bəzi günlər həddən artıq yemək yedikdən sonra peşmançılıq hissi yaranır. Motivasiyanın düşməsi isə pəhriz proqramını çətinləşdirir.
Sonxeber.net Axşam.az-a istinadən gün ərzində ağır və çox yeməkdən sonra mədə-bağırsağı rahatladan, pəhriz vaxtı isə gün ərzində 1 kiloqram arıqlamağa imkan verən detoksu (şorbanı) təqdim edir.
Tərkibi:
2 yaşıl balqabaq
1 bibər
1 kiçik soğan
dörddə bir dəstə şüyüd
yarım limonun suyu
3 xörək qaşığı qırmızı mərcimək
yarım yerkökü (rəndələnmiş)
1 xörək qaşığı zeytun yağı
Hazırlanması:
Limon, mərcimək və şüyüddən başqa digər inqrediyentləri doğrayın və yağda qızardın. Daha sonra üstünə çatacaq qədər su və 3 xörək qaşığı qırmızı mərcimək əlavə edib bişirməyə buraxın. Bişdikdən sonra şüyüd əlavə edib, inqrediyentləri blenderdən keçirin. İstəyə görə duz, acı istiot və limon suyu əlavə edib axşam için
Detoksla yanaşı bu pəhriz proqramına da riayət edin:
1. gün
Səhər: 1 qaynadılmış yumurta, bol cəfəri, 2 qoz, 3 quru ərik
Günorta: 120 qram toyuq döşü (qrildə və ya sobada), bol yaşıl salat, 1 stəkan ayran
Günortadan sonra: 1 stəkan yaşıl çay, 1 dilim ananas
Şam: reseptini verdiyimiz pəhriz şorbası, 1 kasa qatıq
Gecə: 1 stəkan yaşıl çay
2. gün
Səhər: 1 dilim tam buğda çörəy, cəfəri, aruqula (roka), 2 yaşıl bibər, 2 qaşıq kəsmik, 5 zeytun, 1 stəkan çay
Günorta: 1 yumurta, 1 xörək qaşığı kəsmik və 2 yumurtanın ağından hazırlanan tərəvəz və ya göbələk omleti, qovrulmuş bibər, göyərti salatı
Şam: reseptini verdiyimiz pəhriz şorbası.