Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərxan Rəqsanə ilə qalmaqalından DANIŞDI: "Özümə inanmıram, qalsın ki, ona inanım"

Sərxan Rəqsanə ilə qalmaqalından DANIŞDI:

Tarix: 7 Noyabr 2022 22:00

"Axşam-axşam həmin müğənninin adını çəkmə (qalmaqal yaşadığı Rəqsanə İsmayılova - red.) ziyan çəkərik. Biz həmkarlarımıza dəstək olmuruq. Ona görə ki, hamı özünü birinci görür. Lakin biz anlamırıq ki, hərə öz çəkisində birincidir. Bu birinciliyi bölə bilmədiyimiz üçün qısqanclıqla, paxıllıq qarışıb bir-birinə".  

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri aparıcı və aktyor Sərxan Kərəmoğlu qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.  

Bir müddət əvvəl qalmaqal yaşadığı müğənni Rəqsanə İsmayılovadan söz açan Sərxan aralarında yaranan mübahisəni bu cür şərh edib:  

"Əgər sənə sual verib, nəsə soruşurlarsa, səmimi cavab verməlisən. O müğənni deyir ki, mən kiminsə ailəsinə qarışmışam. Nə ailə? Kimin ailəsinə qarışmışam? Haqqında danışdığım insan (Aysun İsmayılovanı nəzərdə tutur - red.) artıq müğənnidir. Demişəm ki, şou-biznesin 95 faizinə inanmıram.

Qiyaslayanda buna da inanmıram. Amma Aysuna inanıram. Onun nə anasını nə də ki, atasını söymüşəm. Burada məsələ qarşı tərəfin "Niyə inanmırsan?" məsələsidir. Mən özümə inanmıram, qalsın ki, ona inanım", - deyə Sərxan bildirib.

Qeyd edək ki, bu qalmaqala səbəb Sərxan Kərəmoğlunun "MTV maqazin" verilişində Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın evliliyini oyun adlandırması və Rəqsanə İsmayılovanın yalançı olduğunu deməsi olub.  

Milli.Az


Etiketlər:  Sərxan Rəqsanə ilə qalmaqalından DANIŞDI Özümə inanmıram qalsın ki ona inanım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ