Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real" uduzdu, "Barselona" vahid lider oldu

Tarix: 8 Noyabr 2022 08:28

İspaniya La Liqasında 13-cü tura yekun vurulub.

Son oyun günündə bir görüş keçirilib.

"Real" səfərdə "Rayo Vallekano" ilə qarşılaşıb. Madrid klubu bu oyundan 2:3 hesabı ilə uduzaraq vacib xallar itirib. Bu, "Real"ın mövsümdə ilk məğlubiyyətidir.

Bu nəticədən sonra "Barselona" 34 xalla liderliyini qoruyub. "Real" 32 xalla 2-ci, "Atletiko" 24 xalla 3-cüdür. "Rayo Vallekano" isə 21 xalla 8-cidir.

"Rayo Vallekano" - "Real" - 3:2

Qollar: Komesana, 5 (1:0), Modriç, 37 (1:1), Militao, 41 (1:2), Qarsia, 44 (2:2), Oskar, 67 (3:2)

Milli.Az


Etiketlər:  Real uduzdu Barselona vahid lider oldu


RƏYLƏR