Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda hərbi orkestrlərin müşayiəti ilə Zəfər yürüşü keçirilib - YENİLƏNİB - VİDEO - FOTO

Bakıda hərbi orkestrlərin müşayiəti ilə Zəfər yürüşü keçirilib - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 8 Noyabr 2022 10:50

10:48

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə təşkil edilən Zəfər yürüşü başa çatıb.

Sonxeber.net xəbər verir ki, yürüş Şəhidlər xiyabanından başlayıb və Alov Qüllələri kompleksi, İçərişəhər metrostansiyası, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gurun abidəsinə qədər davam edib.

-----------
10:08

Bakıda Zəfər Günü münasibəti ilə hərbi orkestrin müşayiəti ilə hərbiçilərin yürüşü başlayıb.

Sonxeber.net xəbər verir ki, yürüşdən əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Yürüş dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Qeyd edək ki, yürüşlər 3 marşrut üzrə keçirilir.

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı;

- Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;

Bundan başqa, Şuşa şəhərində də hərbi yürüş keçiriləcək.


Etiketlər:  Bakıda hərbi orkestrlərin müşayiəti ilə Zəfər yürüşü keçirilib YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ