Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurban Qurbanov dünyanın ən yaxşı məşqçiləri arasında - Reytinq AÇIQLANDI

Qurban Qurbanov dünyanın ən yaxşı məşqçiləri arasında - Reytinq AÇIQLANDI

Tarix: 8 Noyabr 2022 22:06

Baş məşqçilərinin noyabr ayı üçün ilk reytinq cədvəli açıqlanıb.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, reytinq cədvəlində fəaliyyətini davam etdirən dünyanın 500 ən yaxşı mütəxəssisi yer alıb.

Azərbaycan klubları siyahıda iki mütəxəssislə təmsil olunub. "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf və "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov siyahısının ilk yarısında qərarlaşıb.

"250-lik"də yer alan mütəxəssislərin mövqeyi və xalı dəyişməz qalıb. Siyahıda yeganə azərbaycanlı olan Qurbanov 1595 xalla 210-cu pillədə qalıb. "Neftçi"nin rumıniyalı çalışdırıcısı isə 1627 xalla 177-cidir.

Siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci pilləyə qayıdıb. Joze Mourinyo isə 2063 xalla üçüncü mövqedə qərarlaşıb.


Etiketlər:  Qurban Qurbanov dünyanın yaxşı məşqçiləri arasında Reytinq AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ