Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2022 16:15
Xalq artisti Brilliant Dadaşova sentyabrın 30-da dünyasını dəyişən mərhum müğənni-bəstəkar Rəhim Rəhimlidən danışıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Maqazin plus"a müsahibə verən sənətçi həmkarının dəfninə qatılmamasının səbəbini açıqlayıb:
"Onun dəfnində olmadım, çünki Bakıda deyildim. İnsanın gedib-getməməsiylə deyil. Qəlbimiz onunla döyünür. Sonuncu dəfə Rəhimi ölümündən altı ay əvvəl görmüşdüm, tanıya bilməmişdim, çox təəssüfləndim. Rəhimlə "salam-əleykimiz" vardı. O, çox istedadlı bir insan idi. Çox sevirdim onu. Musiqi duyumu, biliyi çox idi. Musiqiyə kənardan gələn bir insan deyildi. Heyif ki, Rəhim özünü qoruya bilmədi. Ruhu şad olsun".