Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2022 17:30
Britaniyalı bir cütlük otelin sifarişlərini ləğv etmək və sığınacaq axtaran immiqrantları yerləşdirmək barədə qəfil qərarından məyus olub.
Sonxeber.net bildirir ki, bu barədə "Express" yazır.
74 yaşlı Kris Uayz və onun nişanlısı 68 yaşlı Karol Haraqan 2023-cü ilin avqustunda Kent ştatının Eşford şəhərindəki oteldə toylarını qeyd etməyi planlaşdırıb. Britaniyalılar etiraf ediblər ki, onlar bir neçə aydır şənlik üçün "mükəmməl yer" axtarıblar, buna görə əvvəlcədən depozit ödəməyə qərar veriblər. Lakin bu yaxınlarda məlum olub ki, turistlərin sifarişi ləğv edilib - otel imtinanı sığınacaq axtaranların yerləşdirilməsi zərurəti ilə izah edib.
"Otel hökuməti günahlandırır, lakin bu kommersiya qərarıdır. Gələn ilin dekabr ayının sonuna qədər (2023) bütün otaqları sifariş etmək üçün bağladılar - bunun üçün onlar yüz minlərlə funt sterlinq alacaqlar", - deyə Uayz otel sahiblərinin əsl məqsədlərini açıqlayıb.
Eşford Şəhər Şurasının rəhbərinin sözlərinə görə, qaçqınlar üçün otaqları boşaltmaq qərarı Daxili İşlər Nazirliyi tərəfindən tələb edilib. Yerli hakimiyyət orqanları hesab edib ki, nazirlik "ölkədən milli strateji problemin asan həlli yolu kimi istifadə edir", qraflığın maraqlarına məhəl qoymur və xalqa tam etinasızlıq nümayiş etdirir.
İrfan Vəliyev