Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Deyib ki, neynirsiniz Nuranı, müxalifətçidir”

“Deyib ki, neynirsiniz Nuranı, müxalifətçidir”

Tarix: 10 Noyabr 2022 17:35

Müğənni Nura Suri həmkarlarının işinə əngəl olduğunu iddia edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə feysbukda yazıb:

"Əvvəl ancaq dövlət tədbirlərindən, efirdəki çıxışlarımdan paylaşımlar edirdim. Toy, banketlərdən ana səhifədə heç nə paylaşmırdım, arada "story"yə görüntülər yerləşdirirdim. İnstaqramda format dəyişəndən sonra "reels"lər bölüşürəm. O da Kazım Sübhan deyəndən sonra. Deyir ki, paylaşmırsan elə bilirlər tədbirlərə getmirsən. Düz də deyir. Çünki bir neçə dəfə məni toyda görüb yaxınlaşıb "siz toya da gedirsiz? Bizə demişdilər getmirsiz axı" sözlərini deyiblər.

Deməli, tədbirlə bağlı təşkilatçılardan məni soruşanda deyiblər ki, toya getmir, Bakıda yoxdur, Amerikaya köçüb və sairə.

Hələ bir məşhur kişi müğənni deyib ki, Nura ancaq türk mahnıları oxuyur, neynirsiz onu? Rusdilli publikaya deyib. Başqa biri də deyib ki, müxalifətçidir, çox yazıb-pozur. Yerə girəsiniz elə!

Arada insanların əclaflığına məəttəl qalıram. Yəni, çörəyimə bais olmaqla, şər-böhtan atmaqla nə əldə edirlər? Anlaya bilmirəm".

Milli.Az


Etiketlər:  Deyib ki neynirsiniz Nuranı müxalifətçidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ