Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2022 22:08
Böyük Britaniya Rusiyanın 18,4 milyard funt sterlinq (20,9 milyard dollar) məbləğində aktivlərini dondurub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, ölkə rəsmiləri bildiriblər ki, buna səbəb Rusiyanın Ukraynaya genişmiqyaslı hücumlarını davam etdirməsidir.
Bura maliyyə aktivləri, o cümlədən səhmlər və pul vəsaitləri daxildir.
Qeyd edək ki, ölkə Rusiyaya qarşı sanksiyaları davam etdirmək üçün Maliyyə Sanksiyalarının İcrası İdarəsinin işçilərinin sayını iki dəfə artırıb.