Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Evliliklərinin onuncu ildönümünü təbiətdə keçirmək qərarına gələn cütlük almaz tapdı - FOTO

Evliliklərinin onuncu ildönümünü təbiətdə keçirmək qərarına gələn cütlük almaz tapdı - FOTO

Tarix: 12 Noyabr 2022 13:02

ABŞ-ın Minnesota ştatından olan cütlük evliliklərinin onuncu ildönümünü qeyd etmək üçün səyahətə çıxıblar və bu, onlar üçün düşərli olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, 11 ştatı gəzən cütlük səfərlərini Arkanzas ştatının ərazisində yerləşən Almaz Krateri Dövlət Parkında yekunlaşdırmaq qərarlarına gəliblər.

Qeyd edək ki, Almaz Krateri Dövlət Parkı dünyada ictimaiyyət üçün açıq olan yeganə almaz yatağı olan ərazidir.

Parka tez-tez baş çəkən təcrübəli tapıntı həvəskarları cütlüyə almazın necə əldə etməyin yolları haqqında müəyyən məlumat veriblər.

Torpağı ələkdən keçirən cütlük qiymətli daşın üzə çıxdığını görüblər.  

Cütlük tapıntını parkın Almaz Kəşf Mərkəzinə aparıb və orada onun 1,9 karatlıq qəhvəyi almaz olduğu təsdiqlənib.

Milli.Az


Etiketlər:  Evliliklərinin onuncu ildönümünü təbiətdə keçirmək qərarına gələn cütlük almaz tapdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ