Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobillərin texniki baxışdan keçirilməsi qaydası dəyişdirilib

Avtomobillərin texniki baxışdan keçirilməsi qaydası dəyişdirilib

Tarix: 12 Noyabr 2022 14:26

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında", "Notariat haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

"Yol hərəkəti haqqında" qanuna dəyişikliyə əsasən avtonəqliyyat vasitələri "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılır.

Bu halda müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsi ilə yoxlanılacaq.


Etiketlər:  Avtomobillərin texniki baxışdan keçirilməsi qaydası dəyişdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ