Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2022 16:28
Bakıda azyaşlı qardaşlar faciəvi şəkildə ölüblər.
Tükürpədici hadisə bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonu, Ramanı qəsəbəsində qeydə alınıb.
Uşaqların babası Akif Pirəliyev deyib ki, hadisə baş verən gün uşaqların anası evdə olub və həyətdə iş görürmüş.
Onun sözlərinə görə, dərmanı yedikdən sonra 2 yaşlı Onur və 5 yaşlı Akifin yuxusu gəlib. Uşaqları yatızdırdıqdan sonra ana onların yanına gəlib və dəhşətli mənzərənin şahidi olub. Azyaşlılar xəstəxanaya çatdırılsa da, artıq gec olub.
Baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Sonxeber.net Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: