Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya kanslerindən İrana SƏRT REAKSİYA

Almaniya kanslerindən İrana SƏRT REAKSİYA

Tarix: 12 Noyabr 2022 20:50

Almaniya kansleri Olaf Şolts İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölkəsi ilə bağlı bəyanatına sərt reaksiya verib.

Sonxeber.net Report-a istinadən xəbər verir ki, bu barədə kansler tviterdə yayımladığı həftəlik videomüraciətində bildirib.

"Tehran administrasiyasına yalnız bir şeyi deyə bilərəm: öz vətəndaşlarınıza atəş açırsınızsa, siz necə hökumətsiniz?", - Şolts deyib.

Kansler İrandakı etirazçılara və bu ölkədən gələn Almaniya vətəndaşlarına dəstək olduğunu bildirib.

O, videomüraciətində qeyd edib: "İnsan hüquqları pozulduğu zaman tədbir görməliyik. Biz iranlıların daha böyük azadlıq və ədalət uğrunda cəsarətli mübarizəsinin şahidi oluruq. Sanksiyalar rejimə təzyiqi artırmağın bir yoludur".


Etiketlər:  Almaniya kanslerindən İrana SƏRT REAKSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ