Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Dünyanın sonu deyil" - Mahmud Qurbanov

Tarix: 12 Noyabr 2022 21:08

"Oyuna yaxşı başlamadıq. Elə görünürdü ki, sanki müdafiə olunmaq istəyirdik. Komanda qol buraxdıqdan sonra nəsə etməyə çalışdı. Niyə belə oynadığımızın səbəbini araşdıracağıq. Daha yaxşısına ümid edirdik. Alınmadı. Qarşıda oyunlar var. Çalışacağıq ki, belə problemlər olmasın. Hücumda aktiv ola bilmirik. Ağabala Ramazanovla Ruslan Hacıyevin yoxluğu özünü göstərir. Onlar zədələnəndən sonra hücumda kəsərli deyilik. Bu futbolçular sağalandan sonra nəticələrin yaxşılaşacağını düşünürəm".

Bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının 14-cü turunda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Dünyanın sonu deyil. Qarşıda oyunarımız var. Çalışacağıq ki, nəticələri yaxşılaşdıraq. Kəsərli hücumçu və vingerlərə ehtiyacımız var. Zədəlilər qayıtsın, sonra nəticələrə baxarıq. Bizim üçün kiminlə oynayacağımız fərq etmir. "Neftçi" ilə görüşə də qələbə üçün çıxacağıq. Bu gün yaxşı çıxış etmədik" - deyə o bildirib.
 
Mütəxəssis istefa haqda düşünüb-düşünmədiyi ilə bağlı söyləyib: "Düşünmürəm. Ağlımdan da keçirmirəm.

Məğlubiyyət öz səhvimizdən oldu. Keyta, Rəhim Sadıxov səviyyəli futbolçulardır. Onların ustalığı sayəsində qol vurdular".

Milli.Az


Etiketlər:  Dünyanın sonu deyil Mahmud Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ