Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

9 qolluq oyunda Mahir Emrelidən DUBL

9 qolluq oyunda Mahir Emrelidən DUBL

Tarix: 13 Noyabr 2022 23:58

Futbol üzrə Xorvatiya çempionatında 17-ci turun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə "Riyeka" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 7:2.
 
Emreli də bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb və ilk toxunuşdaca rəqib qapısına qol vurub. 73-cü dəqiqədə sarı vərəqə də alan azərbaycanlı futbolçu, 85-ci dəqiqədə daha bir qol vurmaqla dublunu da rəsmiləşdirib.
 
Son Xorvatiya çempionu olan "Dinamo" 17 turdan sonra 41 xalla zirvədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  9 qolluq oyunda Mahir Emrelidən DUBL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ