Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Yeni müharibəyə ehtiyac yoxdur” - Bayden

“Yeni müharibəyə ehtiyac yoxdur” - Bayden

Tarix: 14 Noyabr 2022 22:36

ABŞ Prezidenti Cozef Bayden dünya ölkələrini müharibədən çəkinməyə səsləyib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Prezident İndoneziyanın Bali adasında keçirilən G20 Sammiti öncəsi mətbuat konfransında vacib detalları jurnalistlərin diqqətinə çatdırıb.

O, bu istiqamətdə Çinlə münasibətlərin müsbət olmasının vacibliyini vurğulayıb:

"Hazırda vahid Çin siyasətində dəyişiklik yoxdur. Rabitə kanallarını açıq saxlamaq üçün ABŞ dövlət katibi Blinkendən Çinə getməsini xahiş etdim. Ölkənin tezliklə Tayvanı işğal etməyə cəhd edəcəyini düşünmürəm".

Qeyd edək ki, ABŞ və Çin prezidentləri bu gün görüşərək ölkələr arasında olan münasibətləri və dünya siyasətini gözdən keçiriblər.

Milli.Az


Etiketlər:  Yeni müharibəyə ehtiyac yoxdur Bayden


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ