Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2022 16:06
Cari ilin 14-15 noyabr tarixlərində Dərbənd şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının on ikinci iclası keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iclasda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2022-ci il üzrə planlaşdırılan bütün tədbirlərinin uğurla yerinə yetirildiyi bəyan edilib, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin beynəlxalq hüquqi rəsmiləşdirilməsi üzrə işlər barədə müzakirə aparılıb, habelə Komissiyanın 2023-cü il üçün iş planına baxılıb və təsdiq edilib.
Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq ruhunda keçirilib.
Birgə Komissiyanın növbəti iclasının keçirilmə məkanı və tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.