Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur şairin oğlu avtomobil qəzasına düşdü - Komadadır

Məşhur şairin oğlu avtomobil qəzasına düşdü - Komadadır

Tarix: 5 Oktyabr 2019 17:25

Bakı. Elnur Bağışov - Trend:

Şəhriyar təxəllüslü məşhur şair Məhəmmədhüseyn Behcət Təbrizinin oğlu Hadi Behcət Təbrizi Təbrizin 17 şəhrivər prospektində avtomobil qəzasına düşüb.

Bu barədə Trend-ə Təbrizdən məlumat verilib.

Məlumata görə, şairin oğlu Təbrizin İmam Rza xəstəxanasında reanimasiya şöbəsindədir.

Komada olan Hadi Behcətin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, şair Məhəmmədhüseyn Şəhriyarın üç övladı var. Şəhrzad və Məryəm qızları Tehranda, Hadi isə Təbrizdə yaşayır. Hadi Ustad Şəhriyar Muzeyinin rəhbəridir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Məşhur şairin oğlu avtomobil qəzasına düşdü Komadadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ