Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çində COVID-ə yoluxanların sayı rekord qırdı

Çində COVID-ə yoluxanların sayı rekord qırdı

Tarix: 15 Noyabr 2022 22:08

Çinin Quançjou şəhərində insanlar Covid-19 epidemiyasının qarşısını almaq üçün sərt tədbirlərə görə etiraz ediblər.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Çinin cənubundakı Quanqdonq əyalətinin mərkəzi olan Quançjou şəhərinin Haizhu rayonunda qəzəbli izdiham dünən axşam saatlarında Covid-19 karantinləri səbəbindən qurulan barrikadaları yıxıb. Sosial şəbəkələrdə hadisələrə aid olduğu iddia edilən görüntülərdə noyabrın 5-dən sərt karantin tədbirləri altında yaşayan məhəllə sakinlərinin qoruyucu kombinezon geyinmiş məmurlarla mübahisə etdiyi, karantinin ləğvi tələbi ilə şüarlar səsləndirdiyi görünür. Tədbirlərə reaksiya verən insanlar barrikadaları təpiklə yıxmağa çalışıb.

Dünən Çində 17,772 Covid-19 hadisəsi aşkar edilərkən, gündəlik halların sayı aprel ayından bəri ən yüksək səviyyəyə yüksəlib. Təxminən 19 milyon əhalisi olan Quançjou şəhərində gündəlik yoluxanların sayı 5 mini keçib. Quançjoudakı Haizhu xaricindəki daha iki rayon bir həftədən çoxdur ki, karantindədir.

Dünyanın qalan hissəsindən fərqli olaraq, Çin 2020-ci ilin əvvəlindən "sıfır-Covid" strategiyası adı altında sürətli təmas izləmə, tez-tez sınaq, uzunmüddətli karantin və dezinfeksiya kimi təcrübələri tətbiq etməklə epidemiya ilə mübarizə aparır.

Milli.Az


Etiketlər:  Çində COVID ə yoluxanların sayı rekord qırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ