Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda 3 deputat həbs oluna bilər - Aralarında Seyran Ohanyan da var

Ermənistanda 3 deputat həbs oluna bilər - Aralarında Seyran Ohanyan da var

Tarix: 16 Noyabr 2022 10:42

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkədə gündəm yaradacaq yeni açıqlamalar edib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, A.Simonyan müxalif "Ermənistan" fraksiyasından olan 3 deputatın həbsini istisna etmədiyini bildirib.

Spiker bunu Ermənistanın baş prokuroru Anna Vardapetyanın deputatlar Seyran Ohanyan, Vaqe Akopyan və Armen Çarçyanın həbsi ilə bağlı parlamentə müraciəti barədə yayılan xəbərə münasibət bildirərkən bunu deyib.
"İstisna etmirəm ki, qanunla bağlı problemləri olan və deputat mandatının onları qoruyacağını düşünənlər indi əksini görəcəklər", - Alen Simonyan qeyd edib.

Milli.Az


Etiketlər:  Ermənistanda 3 deputat həbs oluna bilər Aralarında Seyran Ohanyan da var


RƏYLƏR