Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İçveçrədə bayram konserti olub - FOTO

İçveçrədə bayram konserti olub - FOTO

Tarix: 17 Noyabr 2022 08:15

Cari ilin 16 noyabr tarixində İsveçrənin paytaxtı Bern şəhərində Zəfər, Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş Günlərinə həsr olunmuş rəsmi qəbul və konsert proqramı təşkil edilib.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyindən verilən məlumata görə, səfir Fuad İsgəndərov tədbirin rəsmi açılış hissəsində qonqları salamlayıb, Azərbaycan Respublikasının bu bayram günlərinin tarixi əhəmiyyəti haqqında ətraflı məlumat verıb, Zəfərdən sonrakı dövrdə azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə söhbət açıb, sülh danışıqlarının gedişatına diqqət yetirmişdir. Səfir bu danışıqların tarixdə ilk dəfə olaraq tərəflər arasında birbaşa, hər hansı bir kənar xarici vasitəçilərin iştirakı olmadan 2 oktyabr tarixində Cenevrədə təşkil edildiyi üçün İsveçrə hökumətinə dərin təşəkkürünü bildirib, sülh prosesinə süni çətinliklər yaratmağa çalışan bəzi qüvvələrin cəhdlərini pisləyib. Qonaqlara bildirilmişdir ki, Azərbaycanın sülh və yenidənqurma proseslərinə sadiq qalması Cənubi Qafqazın sabit və təhlükəsiz inkişafına təkan verməklə regionu Avropa və Asiyanı möhkəm tellərlə birləşdirən məkana çevirir.

Tədbir rəsmi açılış hissəsindən sonra konsert proqramı ilə davam etdirilib. Proqramın əvvəlində İsveçrədə qaçqın kimi müvəqqəti məskunlaşmış Azərbaycan əsilli Ukrayna vətəndaşları Səfərova Elnurə və Əminə bacıları digər yeniyetmələrdən ibarət rəqs qrupu Azərbaycanın milli rəqs nümunələrini ifa edib.

Proqram Sürix Ali İncəsənət Məktəbinin magistr pilləsində təhsil alan Azərbaycanlı skripkaçı Cəmilə Qarayusiflinin başçılıq etdiyi və İsveçrəli musiqiçilərdən ibarət "Trio Areal" üçlüyünün çıxışı ilə davam etmiş, dünya şöhrətli azərbaycanlı və xarici bəstəkarlarının klassik əsərləri ifa olunub.

Tədbirdə başda Azərbaycan-İsveçrə Hökumətlərarası İqtisadi Komissiyanın İsveçrədən olan həmsədri Ervin Bollinger, Xarici İşlər Federal Departamentinin Dövlət Katibinin müavini Anna İfkoviç olmaqla İsveçrənin yüksəl səviyyəli rəsmiləri, İsveçrədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Azərbaycan diaspora nümayəndələri, İsveçrənin ictimaiyyəti və mətbuat nümayəndələri iştirak ediblər.

Çıxışlar, konsert proqramı, həmçinin verilən rəsmi qəbul yüzlərlə iştirakçı və tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanmış və İsveçrə cəmiyyətində böyük əks səda doğurub.

Tədbirin sonunda qonaqlar üçün ziyafət təşkil olunub.

Milli.Az


Etiketlər:  İçveçrədə bayram konserti olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ