Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baş redaktor həbs olundu

Baş redaktor həbs olundu

Tarix: 17 Noyabr 2022 14:00

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə "Tarixin səhifələri" adlı qəzetin baş redaktoru vəzifəsində çalışan Faiq Əzimzadə saxlanılıb.

Bunu Milli.Az-a DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib. Qeyd olunub ki, araşdırmalar zamanı onun vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törətdiyinə dair əsaslı şübhələr yaranıb. F.Əzimzadə barəsində Bərdə RPŞ-də Cinayət məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Baş redaktor həbs olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ