Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində qurumuş gölün dibindəki naxışlar görənləri heyrətləndirdi - FOTO

Çində qurumuş gölün dibindəki naxışlar görənləri heyrətləndirdi - FOTO

Tarix: 17 Noyabr 2022 19:24

Çində qurumuş gölün dibində peyda olan naxışlar insanlarda təəccüb yaradıb. Şaidlərin fikrincə, bu rəsmlər o qədər gözəldir ki, sanki Yerdən kənar mənşəlidir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, aylar boyu davam edən şiddətli quraqlıq Hunan əyalətindəki Donqtinq gölündən suyun təxminən 70%-nin buxarlanmasına səbəb olub. Gölün qırmızı, palçıqlı dibində gözəl təsvir nümunələri aşkar edilib.

Hu adlı yerli sakin yuxarıdan bu rəsmlərin bir neçə fotosunu çəkib və görüntüləri sosial şəbəkələrdə yerləşdirib.

Bəziləri naxışların yadplanetli sivilizasiyadan gələn bir mesaj olduğunu iddia edib,  digərləri isə gölün qurumasından daha çox narahat olduqlarını bildiriblər.


Etiketlər:  Çində qurumuş gölün dibindəki naxışlar görənləri heyrətləndirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ