Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Traktoru 280 km/saat sürətlə sürmüşəm” - Lukaşenko - VİDEO

“Traktoru 280 km/saat sürətlə sürmüşəm” - Lukaşenko -  VİDEO

Tarix: 17 Noyabr 2022 22:32

Belarus Prezidenti Aleksandr Lukaşenko onun üçün qorxu ilə nəticələnən ilk traktor sürmək təcrübəsindən danışıb.

A.Lukaşenko bu haqda jurnalistlərlə söhbətində bildirib.

Belarus lideri etiraf edib ki, bir dəfə MTZ-50 traktoru ilə dairəvi yolda saatda 280 kilometr sürətlə hərəkət edib.

Lukaşenkonun sözlərinə görə, o, avtomobilin təyyarə kimi havaya qalxa biləcəyindən qorxurdu.

Qeyd edək ki, Lukaşenkonun bu sözləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İzləyicilər traktorun bu sürətlə hərəkət edə biləcəyinə inanmayıblar və dövlət başçısının məsələni böyütdüyünü bildiriblər.

Milli.Az


Etiketlər:  Traktoru kmsaat sürətlə sürmüşəm Lukaşenko VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ