Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Televiziyaların reytinqini ölçəcək yeni sistem istifadəyə verilir - VİDEO

Televiziyaların reytinqini ölçəcək yeni sistem istifadəyə verilir - VİDEO

Tarix: 18 Noyabr 2022 16:32

Azərbaycanda televiziya reytinqlərinin ölçülməsi üçün yeni sistem tətbiq olunacaq. Yeni sistem yalniz paytaxtı deyil, ölkənin 12 iqtisadi regionunu, 29 şəhərini və 200-ə yaxın kəndini də əhatə edəcək.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, dünyanın bir çox ölkələrində tətbiq olunan televiziya reytinqlərinin ölçülməsi sistemi artıq Azərbaycanda da tətbiq olunacaq.

Bir ildir ki, üzərində işlənilən yeni sistem bu gün ictimaiyyətə təqdim edilib.

Mərasimdə MARSA MMC-nin icraçı direktoru İradə Sultanova, Audiovizual Şuranın sədri İsmət Səttarov və ölkədəki televiziya kanallarının rəhbər şəxsləri iştirak ediblər.

Çıxışlar zamanı yeni sistemin qurulması prosesi və istifadə olunan texnoloji yeniliklər haqqında ətraflı məlumat verilib və ilkin test məlumatları təqdim olunub.

Qeyd edilib ki, bu sistem yalnız paytaxtı deyil, ölkənin 12 iqtisadi regionunu - 29 şəhərini və 200-ə yaxın kəndini də əhatə edir. Panel 17 Azərbaycan telekanalı ilə yanaşı, türk və rus kanalları da daxil olmaqla, 50 televiziyanın reytinqini ölçə bilir.

Qeyd edək ki, Azərbaycan regionda ən müasir texnologiyalar əsasında sıfırdan reytinq ölçmə aparan ilk ölkədir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Televiziyaların reytinqini ölçəcək yeni sistem istifadəyə verilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ