Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2022 17:02
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sonxeber.net-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 889 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 669 nəfər müalicə olunaraq sağalıb, 9 969 nəfər vəfat edib, aktiv xəstə sayı 251 nəfərdir.
Ölkədə son sutka ərzində 1 571, hazırkı dövrədək isə 7 353 252 test aparılıb.