Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Anesteziya iynələri vurulduqdan sonra xəstə yatıb və ayılmayıb

Anesteziya iynələri vurulduqdan sonra xəstə yatıb və ayılmayıb

Tarix: 19 Noyabr 2022 02:36

Rusiyada, Nijnevartovskda vətəndaşlarla və hüquqi şəxslərlə iş şöbəsinin müdir müavini Larisa Vaqanova şəhər klinikalarından birində kosmetoloqa baş çəkdikdən sonra dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə Ura.ru məlumat yayıb.

Anonim mənbə bildirib ki, məmur saplarla üzün dartılması üçün estetik tibb klinikasına gedib. Onun sözlərinə görə, anesteziya iynələri vurulduqdan sonra xəstə yatıb və ayılmadığı üçün müəssisənin əməkdaşları təcili yardım çağırıb. Lakin qadın komaya düşüb və bir neçə gün sonra dünyasını dəyişib.

"Bu klinikada belə prosedurları həyata keçirmək hüququ olan kadrlar üzrə mütəxəssis yoxdur", - mənbə deyib.

İstintaq Komitəsi hələlik Vaqanovanın ölümü ilə bağlı açıqlama verməyib, eyni zamanda, İctimai Kommunikasiya və Gənclər Siyasəti İdarəsi qadının ölümü ilə bağlı məlumatı təsdiqləyib, lakin onun ölümünün təfərrüatlarını açıqlamayıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Anesteziya iynələri vurulduqdan sonra xəstə yatıb ayılmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ