Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2022 13:05
"Dostum Xoşqədəm Baxşəliyeva, bu evdə proqram və ümumiyyətlə, evə qonaq gəlməsi mənə aiddir. Yaşadıgım kiçik evimdə qonaqları qəbul edirdim. Bu layihə başladı və üzərindən iki həftə sonra "Zaurla Günaydın" başladı. Daha sonra "Xəzər TV"də arendaya götürlmüş villada başladı belə şənbə, bazar verilişləri".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkədə yazıb. O, Xoşqədəm Hidayətqızına səslənərək, evdə veriliş çəkmək ideyasının özünə aid olduğunu deyib:
"Axı biz düzgün danışan biriyik. Bizdə yalan yoxdur... Ona görə deyirəm ki, biləsiniz, studiya deyil, öz evində qonaq qəbul edən ilk mən olmuşam. Heç olmasa bu mövzuda haqqımı yemə. Səni sevirəm Xoşqədəm Hidayətqızı, məndən məsləhət. Əyləncənin peşəkarı kimi deyirəm sizə, nə qədər ki, gec deyil tez studiya çəkilişlərinə keçin. Niyə? Neqativ dolu anlar və yaza bilməyəcəyim bəzi məqamlar mövcuddur. Sonra başa düşdüm ki, studiyada ev şəraitində çəkiliş etmək daha agıllı addım imiş. Birdən inciyərsən, səmimi yazıram və bilirsən ki, səni nə qədər çox istəyirəm. Jurnalistikada məndən qat-qat üstünsünüz, amma əyləncədə tam tərsi".
Qeyd edək ki, X.Hidayətqızı ARB TV-də "Günaydın, Azərbaycan!" proqramına aparıcılıq edir.