Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2022 17:28
Pşevodu qəsəbəsindəki raket partlayışı onu göstərir ki, Ukraynaya dəstəyi dayandırsaq, müharibə Polşa ərazisinə keçəcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Polşa Baş naziri Mateuş Moravetski deyib.
O bildirib ki, sözügedən kənddəki hadisə ilk böhranlı vəziyyət deyil, bundan öncə də miqrantların Belarus-Polşa sərhədini keçməyə cəhd etməsi buna nümunədir:
"Biz hadisənin dəqiq şərait və səbəblərini 100 faiz bilmirik. Lakin əsas səbəbi bilirik ki, bu, Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqəlidir".
Qeyd edək ki, 15 noyabrda Polşanın Ukrayna ilə sərhədə yaxın ərazisinə iki raket düşməsi nəticəsində iki mülki şəxs həlak olub. Bu raketlərin əvvəlcə Rusiyaya məxsus olduğu bildirilsə də, araşdırmalardan sonra Ukrayna hava hücumundan müdafiə qüvvələrinə aid olduğu üzə çıxdı.